Azərbaycan millisinin baş məşqçi postu üçün adımın çəkildiyini eşitmişəm. Amma rəsmi təklif olmayıb.
Sherg.az "İdman.biz"-ə istinadən xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Rıza Çalımbay deyib.
Son olaraq "Beşiktaş" klubunu çalışdıran 61 yaşlı mütəxəssis Azərbaycan millisindən təklif gözlədiyini gizlətməyib. O, hətta buna müsbət cavab verəcəyini də vurğulayıb: "Hətta 1-2 günə mənə zəng edəcəklərini gözləyirəm. Bu, baş verərsə Azərbaycan millisini çalışdırmağa isti yanaşıram".
Qeyd edək ki, Çalımbay karyerasında heç vaxt milli komandada işləməyib. O, vətənində "Göztəpə", "Dənizlispor", "Ankaragücü", "Çaykur Rizespor", "Beşiktaş", "Ankaraspor", "Əskişəhərspor", "Sivasspor", "Mersin İdmanyurdu", "Kasımpaşa", "Antalyaspor", "Trabzonspor" və "Konyaspor"u çalışdırıb.