Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.
Yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.
Dünənki oyunu dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, bu FİFA-nın yaratdığı yeni bir simvolik turnirdir:
"Növbəti oyun isə Bolqarıstanla olacaq. Oyun bərbad keçdi. Çünki Bolqarıstanın futbolçuları Azərbaycanla nisbətdə çox zəifdir. Millimizin oyunçularının performansı aşağıdır. Hücum xətti olduğu üçün bərbaddır və müdafiə xətti ürəkaçan deyil. Qeyri-dəqiq zərbələrin sayı çox idi. Texniki cəhətdən çox geriləmişik. Yəni son 3-5 aya nəzər salsaq, irəliləyiş yoxdur. Düzdür, son dəqiqə bəxtimiz gətirdi və hesab açıldı. Oyundan gözləntimiz 4-5 qolla qalib gəlmək idi. Bolqariya ilə oyun çox çətin olacaq. Əgər bu oyun bərabərə qala bilsək, bizim üçün böyük qalibiyyət olacaq. Hazırda milli komandamız elə çətin vəziyyətdədir ki, şəxsi performans belə çox kömək edə bilməyəcək. Sadəcə olaraq komanda şəklində oyunçular bir-birilərini anlamalı, əzmkar olmalıdırlar. Maksimum şəkildə çalışmalıdırlar ki, Bolqarıstandan xal ala bilsinlər".