"Düşünürəm ki, o günə qədər hər şey həll olunacaq"
Fransanın Almaniya ilə oyunu öncəsi komandanın ulduzu Kilian Mbappe gələcəyi ilə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Mbappe hələ heç bir şeyin aydın olmadığını və onun vəziyyətinin futbol üzrə Avropa çempionatından əvvəl bəlli olacağını bildirib.
Mbappe gələcəyi ilə bağlı bunları deyib: "Mən heç nə açıqlamamışam, çünki izah edə biləcəyim heç nə yoxdur. Aydınlıq yarananda hər şeyi izah edəcəyəm. Mən bunu heç vaxt gizlətməmişəm. Mövsümün son hissəsindəyik və 3 kubok qazanmaq imkanımız var. Bu, çox daha vacibdir və biz hazırda diqqətimizi buna yönəltmişik”.
Mbappe, "Avropa Futbol Çempionatı mövsümü gələndə bütün diqqətimi milli komandaya yönəldəcəm. Düşünürəm ki, o günə qədər gələcəyimlə bağlı hər şey həll olunacaq"- deyə bildirib.
Bu mövsüm komandasının heyətində 38 qol vuran Mbappe 8 məhsuldar ötürmə də edib.