Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə qurumun yeni prezidenti müəyyənləşib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-nın rəhbəri seçilib.
***
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.
Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.
***
10:35
AFFA-nın Hesabat-Seçki konfransı keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.
AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.
UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.
Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.
AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənə