“Neftçi” Azərbaycan kubokunun “Qarabağ”la yarımfinaldakı cavab oyununa itki ilə çıxacaq.
Sherg.az İdman.biz-ə istinadən xəbər verir ki, Eddi İsrafilov səfər matçını buraxacaq.
32 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. O, “Qarabağ”la evdəki ilk qarşılaşmada (0:4) sarı vərəqə alıb. Eddi 1/4 finalın “Sumqayıt”la səfər (3:2) matçında da sarı vərəqə aldığı üçün 2-ci xəbərdarlığa görə qarşıdakı oyunu buraxacaq.
Qeyd edək ki, yarımfinalın cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçı aprelin 24-də keçiriləcək.