Türklər ulduzlardan ibarət heyət qurur - İlin transferi baş tutacaq?

"Fənərbağça"nın prezidentliyə namizədləri Aziz Yıldırım və Ali Koç gələn mövsüm üçün mütləq çempionluq hədəfləyirlər. Onlar ulduzlardan ibarət heyət formalaşdırmağı planlaşdırırlar.
Metbuat.az xəbər verir ki, "NTV Spor"un yazdığına görə, transfer üçün namizədlər arasında Sadio Mane də var.

Xatıqladaq ki, Mane son olaraq "Bavariya"dan "Əl-Nəsr"ə 30 milyon qarşılığında keçmişdi. O, bu mövsüm 45 matça çıxıb və 19 qol, 11 asistə imza atmağı bacarıb. Onun güncəl dəyərinin 32 milyon avro olduğu bildirilir. Oyunçunun klubu ilə 2 illik müqaviləsi qalıb.

Qeyd edək ki, daha öncə İstanbul klubunun Kərim Benzema ilə də maraqlandığı iddia edilmişdi.