Portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi olub.
Axar.az xəbər verir ki, “Şükrü Saraçoğlu Stadionu”nda imzalanan müqaviləyə əsasən 61 yaşlı mütəxəssis Türkiyənin futbol klubunu 3 il ərzində çalışdıracaq.
Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə müqavilədən nə qədər maaş alacağı məlum deyil.