İngiltərə üçün final böyük bir uğur idi, İspaniya isə.... -ANALİZ

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.                                                                              
“Sherg.az" xəbər verir ki, İspaniya yığması dördüncü dəfə Avropa çempionu adını qazanıb. Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Final oyununu dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, ispanlar onsuz oyunun əvvəlindən favoritlər siyahısınd idilər:

''Digər tərəfdən empionluğa layiqli iki rəqibdən biri də İngiltərə  millisi idi. Almaniyanın da qalib olacağını düşünürdüm. Lakin onlar 4-də bir finalda son dəqiqə qol hesabı ilə məğlub oldular. İngilislər isə final görüşündə ürəkaçan futbol oynamadılar. İngiltərənin oyunu bir növ dərs olmalıdır. Çünki keyfiyyətsiz işin nəticəsi olmur. Fikrimcə, İngiltərə üçün final böyük bir uğur idi. Çünki onlar zəif futbol oynamalarına baxmayaraq, finala qədər gəlib çıxdılar. Bir növ bəxtləri gətirdi desək, yanılmarıq. Turnirdə İngiltərədən qat-qat yaxşı komandalar var idi. İngiltərənin bahalı heyyətə malik olması nəticəni dəyişmədi. Bir sözlə, ispanlar keyfiyyətli, sistematik futbol oynayırdılar. Ona görə də çempionluğa sonuna qədər layiqdirlər".