Premyer Liqa klubundan Vinisius üçün fantastik təklif

"Mançester Yunayted" "Real"ın üzvü Vinisius Junior transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Qeyd olunub ki, "mankunianlılar" 24 yaşlı futbolçu üçün 230 milyon avro ödəməyə hazırdır.

Keçid baş tutarsa, braziliyalı ilinə 200 milyon avro qazanacaq. Premyer Luqa klubu ona 5 illik müqavilə təklif edib.

Mənbənin məlumatına görə, Vinisius "kral klubu"ndan ayrılmaq niyyətində deyil.

O, 2018-ci ildən "Real"da çıxış edir. Forvard geridə qalan mövsüm 39 oyunda 24 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.