Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.

O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edib.

Beləliklə, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.