Paris-2024: Azərbaycanlı boksçu mübarizəni dayandırıb

Azərbaycanın boksçusu Malik Həsənov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 63,5 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Gürcüstandan olan Laşa Quruli üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.