Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, 80 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.
Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi.