"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu, "Ludoqorets" olub. Bolqarıstan təmsilçisi 2-ci mərhələnin cavab görüşündə Minsk "Dinamo"suna 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.
"Qarabağ"la "Ludoqorets" arasında ilk görüş avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Bolqarıstanda olacaq.
Qeyd edək ki, "Qarabağ" 2-ci mərhələdə Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdırıb - 2:0, 5:0.