Paris-2024: Azərbaycan boksçusu finala yüksəldi

Paris Olimpiadasında Azərbaycanın boksçusu Alfonso Dominqes yarımfinal görüşünə çıxıb.

APA-nın xəbərinə görə, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Alfonso Dominqes ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşıb və qələbə qazanıb.

İdmançının finalda rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.