UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sherg.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Son Azərbaycan çempionu III raundda Bolqarıstanın “Ludaqorets” klubunu mübarizədən kənarlaşdırsa, “Dinamo” (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları isə 27-28 avqustda keçiriləcək.