Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2024-cü il Paris Olimpiya Oyunlarından narahatedici xəbərlər verib.
Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, təşkilat yarışlar zamanı 40-dan çox idmançının COVID-19 (koronavirus) infeksiyasına yoluxduğunu xəbər verib.
Bu barədə məlumat çərşənbə axşamı, 6 avqust tarixində açıqlanıb.
Bildirilib ki, xəstələnən idmançılar müxtəlif ölkələri və idman növlərini təmsil edirlər.
Ekspertlər hesab edirlər ki, bu hadisə yarışların gedişatına və yekun medal hesabına ciddi təsir göstərə bilər.
Xatırladaq ki, iyulun sonunda Paris-2024 Yay Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlokun COVİD-19 testi müsbət nəticə verib. ABŞ təmsilçilərindən əvvəl isə britaniyalı üzgüçü Adam Piti, eyni növdə avstraliyalı Lani Pollister, eləcə də alman dekatlonçusu Manuel Eyteldə koronavirus aşkarlanıb. Olimpiadanın startından öncə isə beş avstraliyalı idmançı bu infeksiyaya yoluxub.