"Qarabağ" açıq futbol oynayırdı".
Oxu.Az xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis 1:2 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:
"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Matç hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir.
Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.