Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb.
O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb.
İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib.

***
Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.

1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.

Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.