Paris-2024: Gimnastımız çıxışını başa vurub

Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova Parisdə dördüncü dəfə çıxış nümayiş etdirib.

Gimnastımız bu dəfə gürzlə bacarıqlarını nümayiş etdirib. Ümumilikdə 117 850 xal toplayan idmançımız hazırda 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.