Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyə klubuna transfer olunub.
"Report" xəbər verir ki, yığmamızın hücumçusu I Liqa təmsilçisi "Ankaragücü" ilə iki illik müqavilə bağlayıb.
Qeyd edək ki, R.Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirsə də, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olub.