Pərviz Ukrayna üçün yarışdı, finalda Səidə uduzdu

Ukrayna bayrağı altında yarışan azərbaycanlı Pərviz Nəsibov Parisdə keçirilən Olimpiadada Ukraynaya üçüncü gümüş medalı qazandırıb.

Axar.az xəbər verir ki, final görüşündə P.Nəsibov (67 kq-a qədər) iranlı Səid İsmayıl Leyvesiyə uduzub.

Qeyd edək ki, Pərviz Nəsibov yarımfinalda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərova qalib gəlmişdi.