Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tutduğu pillə məlum olub.
Sherg.az Apasport.az-a istinadən xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş, 3 bürünc medal olan Azərbaycan sıralamada Xorvatiya ilə birgə 30-cu pilləni bölüşüb.
Ümumilikdə 7 medal qazanan komandamız medal sayında Tokio Olimpiadası ilə bərabər nəticə göstərib.
Qeyd edək ki, qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.