Dermendjiyev Qurban barədə: Böyük peşəkardır!

Qurban Qurbanov böyük peşəkardır.

Axar.az xəbər verir ki, bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiyev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov barədə danışarkən deyib.

“Qarabağ” hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisini, onun işini bilirəm. O, böyük peşəkardır”, - Dermendjiyev bildirib.

Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.