Azərbaycan ölkələrin UEFA reytinqində geriləyib

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

Apasport.az xəbər verir ki, buna avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarının ilk gününün nəticələri səbəb olub. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib.

"Qarabağ" qitənin ən nüfuzlu klub turnirində "Lüdoqorets"ə qalib gəlib – 7:2. Bolqarıstandakı qazanc ölkəmizə 0,250 xal gətirib. Amma buna baxmayaraq, Azərbaycan bir pillə geriləyib. Buna İsveçin sıçrayışı səbəb olub. Ölkəmiz hazırda 18,750 xalla Avropada 25-cidir.

Qeyd edək ki, reytinqə İngiltərə başçılıq edir – 89,160 xal.