"Qarabağ" "Dinamo" ilə oyuna ağır itkilərlə çıxacaq

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın "Dinamo" komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

Sherg.az xəbər verir ki, bu barədə Report-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Bolqarıstanda "Ludoqorets"ə qarşı III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) "köhlən atlar" səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.