İspaniya La Liqasının ilk həftəsində Karlo Ançelottinin idarə etdiyi son çempion "Real Madrid" səfərdə "Malyorka"nın qonağı olub. Maraqlı keçən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Sherg.az xəbər verir ki, "Real Madrid" matçın 13-cü dəqiqəsində Rodriqonun qolu ilə önə keçsə də, Vedat Muriqi 53-cü dəqiqədə səhnəyə çıxıb. "Fənərbağça"da da çıxış edən təcrübəli hücumçu hesabı 1-1-ə çatdıran qola imza atıb.
Matçın 90+7 dəqiqələrində "Real Madrid"in futbolçusu Mendi Vedat Muriqiyə qarşı sərt hərəkətindən sonra qırmızı vərəqə alıb.
Bu mövsüm daha çox oyun vaxtı tapacağı gözlənilən Arda Gülər 88-ci dəqiqədə Bellinqhemin yerinə oyuna daxil olub.
"Defensa Central"-da yer alan xəbərə görə, matçdan sonra baş məşqçi Ançelotti Arda Gülər ilə danışıb, peşman olduğunu bildirib və üzr istəyib.
Dəyişiklikləri daha əvvəl etməli olduğunu etiraf edən italiyalı çalışdırıcının "Səhv etdim, dəyişiklikləri daha əvvəl etməliydim" dediyi bildirilir.