Ronaldu şəxsi "YouTube" kanalını açıb

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz "YouTube" kanalını açıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Gözləmə bitdi. Bu da mənim "YouTube" kanalım. Yeni səyahətimdə mənə qoşulun" , - Ronaldu yazıb.

Qeyd edək ki, artıq 900 mindən çox insan futbolçunun "YouTube" kanalına abunə olub.