Uğursuz çıxışa görə istefa verdi - FOTO

"Kəpəz" klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.

O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, "Kəpəz" klubu uğursuz çıxışla yadda qalıb. Belə ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.