Putin: Durovla Bakıda görüşməmişəm, onun orada olduğunu da bilmirdim
Putin: Durovla Bakıda görüşməmişəm, onun orada olduğunu da bilmirdim
08:00 05.09.2024
Dünya
530
Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.
Putin Durovla Bakıda görüşmədiyini söyləyib. Qeyd edib ki, Teleqram rəhbəri ilə uzun illər öncə Moskvada, Kremldə görüşüb:
" O vaxtdan bəri biz bir-birimizi görməmişik və əlaqə saxlamamışıq. Niyə onunla görüşməliyəm? Onun Bakıda olduğunu da bilmirdim. Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin bildirib ki, Rusiya hakimiyyətinin Pavel Durova qarşı heç bir şikayəti yoxdur:
"Мən onun Moskvada yaşadığını düşünürdüm. Onun harasa köçdüyünü bilmirəm. Bunlar dünya adamlarıdır, milyarderlərdir, hər yerə səyahət edə bilərlər. Onunla bağlı heç bir şikayətimiz yox idi. Bilirəm ki, bir çox ölkələrdən şikayətlər olub. Düşünürəm ki, Rusiya hökumətinin də bununla bağlı bəzi sualları ola bilər, lakin bu tipli bütün platformalar Teleqrama bənzər şeylərlə “günah” edirlər".
Putin Fransanın Durovu həbs etmək qərarını seçici və başa düşülməyən adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya