Hakan Çalhanoğlu rekord məbləğə transfer oluna bilər- Tarixə düşəcək

Karyerasını İtaliyada davam etdirən milli ulduz Hakan Çalhanoğlu rekord qiymətə transfer edə bilər.

Sherg.az xəbər verir ki, İtaliya mətbuatında "İnter"də çıxış edən Hakan Çalhanoğlu ilə bağlı transfer iddiaları yer alıb.

Mövsümün əvvəlində Çalhanoğlunu istəyən "Bavariya" Türkiyəli milli futbolçu üçün daha bir addım atacaq. 


“İnter” sahiblərinin komandanı gəncləşdirmək istədiyi və yaxşı təklifə cavab olaraq 30 yaşlı Çalhanoğlunun göndərilə biləcəyi vurğulanıb. Bildirilib ki, 50 milyon avroluq təklif gəlsə, “İnter” transfer üçün razılaşdırıla bilər.

Çalhanoğlunun transferi sözügedən rəqəmə çatsa, o, “ən yüksək transfer haqqı ödənilən türk futbolçu” kimi tarixə düşəcək. Bu rekord əvvəllər Arda Turana məxsus idi.