UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu Macarıstanda qəbul edəcək

Türkiyənin "Beşiktaş" komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrail təmsilçisi "Makkabi"ni (Təl-Əviv) Macarıstanda qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə - Debreçendə keçirilməsinə razılıq verib.

Qeyd edək ki, azarkeşlərin buraxılmayacağı "Beşiktaş" - "Makkabi" matçı noyabrın 28-də keçiriləcək.