"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer edib

İngiltərənin "Mançester Siti" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovu transfer edib. 20 yaşlı oyunçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

"Şəhərlilər" bu keçid üçün "Lans"a (Fransa) 50 milyon avro və bonuslar ödəyəcək.