Prezidentin nəvəsi Dünya Çempionatında finalda -FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsi Əminə Əliyeva 
Kung Fu üzrə 21-ci Dünya Çempionatında final mərhələsinə vəsiqə qazanıb.

“Sherg.az” xəbər verir ki, Kung Fu üzrə 21-ci Dünya Çempionatı İtaliyanın Perugia şəhərində keçirilib.

Light sanda döyüş növü üzrə çıxış edən 11 yaşlı idmançı turnir boyunca göstərdiyi inamlı performansla rəqiblərinə üstünlük gələrək adını finala yazdırıb. Əminə Əliyevanın bu uğuru təkcə fərdi nailiyyət deyil, eyni zamanda Azərbaycan Kung Fu Federasiyasının və ümumilikdə Azərbaycan idmanının beynəlxalq səviyyədəki mövqeyini bir daha nümayiş etdirir.

Qeyd edək ki, final qarşılaşması yaxın günlərdə baş tutacaq.