"Əfsanələr Kuboku": Qalib penaltilərlə müəyyənləşdi

Milli Gimnastika Arenasında "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Əfsanələr Kuboku" matçının əsas vaxtı başa çatıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın oyun bölümünda qalib müəyyənləşməyib - 1:1.

31-ci dəqiqədə Əfran İsmayılov "Premyer Liqa məşqçiləri"ni hesabda önə çıxarsa da, 46-cı dəqiqədə Rəşad Sadıqov bərabərlik qolunu vurub.

Penaltilər seriyasında daha dəqiq olan "Premyer Liqa məşqçiləri" görüşün qalibi olub - 3:2.