İlk dünya çempionu Bakıda uduzdu

Bakıda start götürən minifutbol üzrə dünya çempionatında ilk tura yekun vurulub.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha 8 görüş keçirilib.

F qrupunda yer alan ilk dünya çempionu ABŞ millisi gözlənilmədən Bosniya və Herseqovina yığmasına uduzub.

Əvəzində daha bir dünya çempionu - G qrupundakı Çexiya Argentinanı yenməyi bacarıb.

İlk oyun günü ilə müqayisədə, qarşılaşmaların heç birində heç-heçə qeydə alınmayıb.

Dünya çempionatı

I tur

22 may

E qrupu

14:00. İndoneziya - Kosta Rika - 1:0
15:15. Monteneqro - Tailand - 1:1

F qrupu

18:15. Qazaxıstan - Polşa - 1:2
19:30. ABŞ - Bosniya və Herseqovina - 2:4

G qrupu

16:30. Çexiya - Argentina - 2:1
20:45. Gürcüstan - BƏƏ - 2:0

H qrupu

12:45. Qana - İspaniya - 0:3
22:00. Serbiya - İsrail - 3:0