"Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm"
Yusif Nəzərli
18:35 07.04.2023
İdman
556
"Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm".
Bakupost.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matçla bağlı danışmağın çətin olduğunu bildirib: "Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı. Hansısa klubun bu cür toplar buraxdığını xatırlamıram. Üstümüzə gələn toplar qapıya daxil olur. Açığı, bununla necə mübarizə aparacağımızı bilmirəm. Buraxdığımız qolların 80 faizi belədir".
O, qapı xəttində rəqabəti artırmaq üçün qış fasiləsində qolkiper axtardıqlarını söyləyib: "Amma düşündüyümüz oyunçu olmadı. Burada limit söhbəti də var. Qapıçı da legioner olsaydı, meydanda 4 yerli futbolçu oynatmaq çətinləşəcəkdi".
Təcrübəli mütəxəssis əlindəki heyətdən razı olduğunu vurğulayıb: "İndi nə desəm, boş olacaq. Bugünədək nəsə axtarıb tapır, fikrimizi ifadə edirdik. Artıq deyiləsi söz yoxdur. Çox qəribə oyun oldu. Səbr edib, işimi davam etdirirəm. Amma şərh tapa bilmirəm. Ümidsizlik mənə xas olan şey deyil. Sonadək mübarizə aparacağıq. Ölkə kubokunda mübarizəni dayandırmağın da psixoloji cəhətdən üzərimizdə basqısı oldu. Hamını bir az sarsıtdı. Amma ümidsizlik ola bilməz".
Sadıqovun sözlərinə görə, uğursuzluq olanda tək heyət yox, öz tutduğun vəzifə haqqında da düşünməlisən: "Mənim üçün də nəticə vermək çox önəmlidir. Hər hansı uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Problem mənimlə bağlı olsa, lazım olan addımı atacağam. Çünki mən heç bir yerdən ikiəlli yapışmamışam, heç vaxt etmərəm. İndi bunu şərh etmək istəmirəm. Əsas fikrimiz 4-cü yeri tutmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi