AVRO-2020: Bu gün 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq
03:49 23.06.2021
İdman
441
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutacaq. Bununla da 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq.
E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç - Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hazırda 4 xalla ilk pillədə yer alan skandinaviyalıların qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. 1 xalla sonuncu sırada qərarlaşan polşalılar isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdırlar.
Sevilyadakı "Estadio La Cartuja" stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. 3 xalla 2-ci sırada olan slovakiyalılara 1/8 finala çıxmaq üçün heç-heçə kifayət edəcək. 2 xalı olan pireneylilərə isə qələbə lazımdır. Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır.
Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avropa çempionatı
E qrupu, III tur
20:00. İsveç - Polşa
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
20:00. Slovakiya - İspaniya
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya, "Estadio La Cartuja" stadionu
Xal durumu: İsveç - 4, Slovakiya - 3, İspaniya - 2, Polşa - 1
F qrupu
23:00. Macarıstan - Almaniya
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen, "Münhen Futbol Arenası"
23:00. Portuqaliya - Fransa
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
Budapeşt, "Puşkaş Arena"
Xal durumu: Fransa - 4, Almaniya - 3, Portuqaliya - 3, Macarıstan - 1
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz