Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİR
Yusif Nəzərli
16:41 18.04.2023
İdman
536
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.
Oxu.Az xəbər verir ki, Əliabbas Rzazadə qitə birinciliyinin qalibi olub.
Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib.
Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.
17:21
Azərbaycanın bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 92 kq-dakı təmsilçimiz Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilverə (İsrail) qalib gələrək növbəti mərhələyə adlayıb.
61 kq-da mübarizə aparan İntiqam Vəlizadə təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi də növbəti görüşdə məğlub olduğundan idmançımız medal şansını itirib.
74 kq çəki dərəcəsində yarışan Cəbrayıl Qadjiyev Avstriya təmsilçisi Simon Markla (Avstriya) qalib gəlsə də, italiyalı Frank Çamisoya məğlub olub.
86 kq-dakı Abubakr Abakarov 1/4 finalda Dauren Kuruqliyevə (Yunanıstan) uduzub.
125 kq-dakı Georgi Meşvildişvili ilk görüşdə Gennadi Kudinoviçi (Almaniya) yenməyi bacarıb. Lakin daha sonra o, türkiyəli Taha Akgülə uduzub.
Qadjiyev, Abakarov və Meşvildişvilinin rəqibləri finala çıxsalar, onlar sabah təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanacaqlar.
Bu gün, həmçinin, 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə təsəlliverici qarşılaşmada Coşua Finesilverə (İsrail) qalib gəlib. O, bürünc medal uğrunda dueldə Ukrayna təmsilçisi Erik Aruşanyanın müqavimətini qırmağa çalışacaq.
10:18
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.
61 kq çəki dərəcəsində İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.
74 kq-dakı Cəbrayıl Hacıyev təsnifatda Simon Marklla (Avstriya) qarşılaşacaq.
86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) - Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) - Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.
125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.
Dünən mübarizəyə başlayan beş sərbəst güləşçimiz medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
65 kq çəki dərəcəsində Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev - Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya