Ərdoğanın basketbol performansı gündəm oldu: “Bəli, yenə qalib gəldi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iş yoldaşlarından ibarət komanda ilə basketbol oynayıb. Sherg.az xəbər verir ki, görüntüləri Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiya Komissiyasının sədri Mustafa Varank paylaşıb.

Veteran basketbolçuların da iştirak etdiyi qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyi bildirilib.

Varank sosial şəbəkə hesabında oyundan görüntüləri “Bəli, yenə qalib gəldi” başlığı ilə paylaşıb.

O, zarafatla qeyd edib ki, matç ərzində cəmi iki xal topladığı üçün meydançadan kənarlaşdırılıb və ona video çəkmək tapşırılıb.

Görüntülərdə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan və MİT rəhbəri İbrahim Kalının da basketbol oynadığı görünür.