FIFA-dan Rusiyaya növbəti zərbə: Təmsilçiliyi də ləğv edilir

FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) özünün növbəti iclasda RFİ-nin (Rusiya Futbol İttifaqı) qurumdakı üzvlüyünün dayandırılması və ya qurumdan çıxarılması məsələsini müzakirəyə çıxaracaq.

RFİ-nin beynəlxalq futbol yarışlarından uzaqlaşdırılmasında xüsusən FIFA prezidenti Canni İnfantino, Asiya və Afrika Futbol Konfederasiyaları qurumlarının rəhbərləri fəallıq göstərir.

Qeyd edək ki, bir müddət bundan əvvəl FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

Bunun nəticəsi olaraq bu ölkənin ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynamaq imkanından məhrum edilib və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Mənbə: MatchTV