"Legiya" Mahir Emrelini cəzalandıra bilər
Yusif Nəzərli
15:56 05.01.2022
İdman
485
Mahir Emreli müqaviləni ləğv etmək üçün Polşanın "Legiya" klubu ilə razılığa gəlməsə, məhkəmə aylarla davam edə bilər.
"Report" "TVP Sport"a istinadən xəbər verir ki, Varşava təmsilçisinin hüquq departamenti məsələ ilə bağlı sakitliyini qoruyur.
Nəşr 25 yaşlı hücumçunun ABŞ-dan olan agentinin oyunçunun hüquqi vəziyyətini tam başa düşmədiyini iddia edir: "O, Portuqaliyanın "Sportinq" komandasının futbolçularına edilən hücumu və bunun nəticəsində klubun təqsiri üzündən müqavilələrə xitam verilməsini xatırladır. Lakin İdman Arbitraj Məhkəməsinin (CAS) təcrübəsinə əsasən, futbolçu hadisədən dərhal sonra, 2-3 gün ərzində müqaviləyə xitam verilməsi istəyi ilə müraciət etməlidir. Ancaq Emreli bunu etməyib. "Legiya" ilə Dubaya yollanmamaq futbolçunun diskvalifikasiyasına və kompensasiya ödəməsinə gətirib çıxara bilər".
Qeyd edək ki, "Legiya" klubu bu gün təlim-məşq toplanışına start verib. İlk gündə hansısa məşq planlaşdırılmayıb. Son ölkə çempionunun futbolçuları sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesinə yollanmamışdan əvvəl koronavirus testlərindən keçib. Hazırda Türkiyənin İstanbul şəhərində olan Emrelinin toplanışa getmə ehtimalı olduqca azdır.
ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media