“Liverpul”un avtobusuna hücum olub, klub əməkdaşı xəsarət alıb
23:25 01.04.2023
İdman
730
Kimliyi bəlli olmayan şəxslər “Liverpul”un “Mançester Siti” ilə oyunundan sonra “qırmızılar”ın avtobusuna hücum edib.
“Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.
Məlumata görə, mersisaydlıların oyundan sonra evə qayıtdığı avtobus hücuma məruz qalıb və zədələnib. Nəqliyyat vasitəsinin pəncərəsinə kərpic atıldığı, nəticədə məşqçilər korpusunun nümayəndələrindən birinin xəsarət aldığı bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
“Şəhərlilər” də kənarda qalmayıb və bu hadisə ilə bağlı açıqlama yayıb.
“Mançester Siti” “Liverpul”un əməkdaşının bugünkü oyundan qayıdarkən zədələndiyi haqqında bilgiləndirilib. Anladığımız qədər, yaşayış ərazisində komandanın avtobusuna tərəf əşya atılıb.
Bu qəbildən olan hadisələr qətiyyən yolverilməzdir və biz məsuliyyət daşıyan şəxslərin hərəkətlərini qətiyyətlə pisləyirik. Biz bu hadisənin Böyük Mançester polisi tərəfindən araşdırılmasına əlimizdən gələni edəcəyik.
Bundan başqa, klub bugünkü oyun zamanı ev azarkeşlərindən yerli qışqırıqlar eşitdiklərinə görə məyusdur. Biz bu qışqırıqların səbəb ola biləcəyi hər hansı bir təhqirolunmaya görə təəssüflənirik və bu cür nifrət nitqini matçlarımızdan yığışdırmaq üçün işləməyə davam edəcəyik”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, aprelin 1-də “Etihad” stadionunda baş tutan “Mançester Siti” – “Liverpul” qarşılaşması - hesabın “qırmızılar” tərəfindən açılmasına baxmayaraq - Pep Qvardiolanın yetirmələrinin 3 top üstünlüyü ilə qələbəsi ilə başa çatıb – 4:1.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya