Ölüb dirilən futbolçu danışdı:“Güllər göndərirdilər”
Yusif Nəzərli
11:57 05.01.2022
İdman
515
"İnter"in keçmiş yarımmüdafiəçisi Kristian Eriksen Danimarka mətbuatı "Danish Broadcasting Corporation"a (DR) müsahibə verib.
"Sherg.az" "Sports.ru"ya istinadən müsahibəni təqdim edir:
“Məqsədim Qətərdə keçiriləcək dünya çempionatında oynamaq şansı qazanmaqdır. Mən həmişə bunu hədəfləmişəm, bu, mənim arzumdur.
"Məni komandaya götürəcəkləmi?" sualının cavabı başqa məsələdir. Yenidən qayıtmağın xəyalını qururam. Bilirəm ki, dünya çempionatına hələ vaxt var. Bu müddət ərzində hazır formada olduğumu sübut edəcəyəm. Həkimlər ürəyimi yoxladılar və dedilər ki, yaxşı vəziyyətdəyəm”.
Eriksen sağalma prosesi müddətində dünyadan aldığı dəstəkdən bəhs edib.
“Yenidən yıxılmaqdan qorxmuram. Əvvəlcə bir az ehtiyatlanırdım, insan ürəyinin nə qədər dözə biləcəyini bilmirdim. “Ola bilsin ki, burada olmayacam” fikrini düşünmək çox qəribə hiss idi. Amma buradayam və xoşbəxtəm. Uşaqlarımın yanındayam.
Xəstəxanada olanda mənə daim güllər göndərilirdi. Qəribə idi, çünki beş dəqiqəlik öldüyüm üçün insanların gül yollayacağını gözləmirdim. Bu inanılmaz, lakin çox maraqlı idi. İnsanların xoş arzuları mənə çox kömək etdi. Hələ də mənə yazırlar.
Real gördüyüm insanlara - həkimlərə, onların köməkçilərinə, ailələrinə təşəkkür etdim. Mənə minlərlə məktub və gül göndərən, İtaliya və Danimarkada küçələrdə yanıma gələn bütün azarkeşlərə də təşəkkür etmək istəyirəm. Dünyanın hər yerindən gələn və bu dövrü ötürməyimə kömək edən dəstəyə görə onlara minnətdaram”.
Qeyd edək ki, K.Eriksen iyunun 12-də Avropa çempionatının Danimarka - Finlandiya (0:1) oyunu zamanı yerə yıxılıb və ayağa qalxa bilməyib. Meydanda ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Sonradan K.Eriksenin ürək dayanması keçirdiyi müəyyənləşib. Oyunçuya kardioverter-defibrilyator qoyublar. O vaxtdan danimarkalı futbolçu rəsmi matçlarda meydana çıxmayıb.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media