Pele ilə vida mərasimi başa çatıb
Yusif Nəzərli
17:05 03.01.2023
İdman
634
Çərşənbə axşamı Santos şəhərinin (San-Paulu ştatı) “Vila Belmiro” stadionunda Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, dəfn korteji vətəndaş anım mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.
Mərasimin sonunda Pelenin nəşi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının damına qaldırılıb və Braziliya bayrağı ilə örtülüb. Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının hələ də yaşadığı evin yanından keçəcək.
Bundan sonra Pele onun özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.
Anım mərasiminin təşkilatçılarının sözlərinə görə, bir gündə Pele ilə vidalaşmağa 150 mindən çox insan gəlib. Bazar ertəsi və çərşənbə axşamı stadiona bitişik küçələr mərhum futbolçunun xatirəsini yad etməyə gələn insanlarla dolu olub, növbənin uzunluğu 2,3 km-ə çatıb, insanlar üç saatdan çox orada dayanıblar.
Onun tabutu 1956-cı ildə “Santos” futbol komandası ilə debüt etdiyi oyun meydançasının mərkəzi dairəsindəki çardaq altındakı platformaya qoyulub.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya
İranla bağlı İstanbul görüşü təxirə salındı
17:42 28.08.2026
Dünya
Tramp “ən yaxşı” və “ən pis prezidentlər”in adlarını açıqladı
17:36 28.08.2026
Gündəm
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:20 28.08.2026
Hadisə