PSJ Mbappeyə əvəzləyici tapıb
Yusif Nəzərli
21:21 04.02.2024
İdman
648
Fransanın PSJ klubu hücumçusu Kilian Mbappenin “Real Madrid”ə keçəcəyi təqdirdə onun yerinə oyunçu tapıb.
“Report” xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
“Parisli”lər Mbappe gedəcəyi təqdirdə "Milan"dan 24 yaşlı portuqaliyalı Rafael Leaunu ala bilər.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. 2021/22-ci illər mövsümündə o, komandanın heyətində İtaliya çempionu olub. Bu mövsüm portuqaliyalı A Seriyasında 20 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
2022-ci ilin mayında mətbuat Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer heç vaxt baş tutmadı. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bu mövsüm Mbappe Birinci Liqada 18 matçda iştirak edib, 20 qol vurub (beşi penaltidən) və 5 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya