Rəşad Sadıqov: "Hər tur "Qarabağ" - "Neftçi" matçının olmasını istəyərəm"
Yusif Nəzərli
16:00 30.10.2021
İdman
488
“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyre Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis rəqibin də bəzi anlarda təhlükəli hücumlar qurduğunu bildirib: "Keşlə" fasilədən sonra sistem dəyişikliyi etdi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq”.
Sadıqov istənilən oyunda gücü düzgün bölüşdürməyin çox önəmli olduğunu vurğulayıb: “Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilmərsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. “Neftçi” ilə oyunda hesab 1:1 idi, 1 xal bəlkə də bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. “Keşlə”nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik”.
O, hazırda davam edən “Qarabağ” – “Neftçi” görüşü barədə də fikirlərini bölüşüb: “Məndən soruşsanız, hər tur “Qarabağ” – “Neftçi” matçının olmasını istəyərəm. Hansının heyətində olmağımdan asılı olmayaraq, bu oyun həmişə mənim üçün fərqli ab-hava daşıyıb. Hər iki komanda yaxşı formadadır”.
Gənc mütəxəssis növbəti turda üz-üzə gələcəkləri “Sabah”da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib: “Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir. Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. “Krasnodar” klubunun U-19 komandası Çempionlar Liqasında çıxış edəndə belə, bu kollektivin oyununu izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq. “Sabah” da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq. Yəqin sabahkı oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Və biz onlara qarşı nələr edə biləcəyik. Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik. Çünki “Sabah”a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya