Umudovdan olimpiyaçılara DƏSTƏK:"Qalib ölkə komandasına yalnız qələbə yaraşır" +Video
Yusif Sultanoğlu
20:41 23.07.2021
İdman
939
“Sərhədçi İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli əməkdar məşqçi ,tanınmış mütəxəssis Firdovsi Umudov “Xəzər” Tv-nin “Birinci Studiya” verilişində Tokio Yay Olimpiya oyunlarından danışıb.
“Sherg.az”ın məlumatına görə, əməkdar məşqçi qeyd edib ki, Olimpiya oyunları yarışların ən alisidir və indi Azərbaycan olimpiya yığması qalib ölkənin komandası kimi çıxış edir:
“Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə idmançılarımız üçün bir motivasiyadır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhid ailələrinə səbir diləyirik, qarşılarında baş əyirik.
İdmançılarımıza uğurlar arzu edirəm. Qalib ölkənin komandasına qələbə yaraşır. Gərək idmançılarımız da inamla çıxış edib, ümidləri doğrultsunlar.
Açılış mərasimini izlədim. Mən 2008, 2012, 2016-cı illərdə baş tutan Olimpiya Oyunlarında iştirak etmişəm. Bu oyunlar Avropa, dünya çempionatı və digər beynəlxalq yarışlardan çox fərqlənir.
Orada təcrübəli güləşçilər, idmançılar da məğlub ola bilərlər. Çünki süprizlər çoxdur. Bununla yanaşı, hesab edirəm ki, idmançılarımız psixoloji, texniki-taktiki və fiziki cəhətdən hazır olmalıdırlar. Koronavirus bütün sektorlara olduğu kimi idman sahəsinə də təsir göstərib. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmana və idmançılara hər zaman xüsusi diqqət göstərilib, göstərilir. Olimpiya yığma komandamız çox qısa müddət məşqdən uzaq düşdü. Bununla belə nəzarət altında onlara şərait yaradıldı. Fikrimcə, komandamız yarışlara hazırdır”.
F.Umudov söyləyib ki, idmanda proqnoz vermək olduqca çətindir:
“Otuz ildir Qarabağın qurtuluşunu həsrətlə gözləyirdik. Deyirdik, qələbəmizi Qarabağda qeyd edəcəyik. Bir mütəxəssis, azərbaycanlı kimi arzu edirəm ki, idmançılarımız uğur əldə etsinlər və biz də bu qələbə sevincini işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Olimpiya oyunlarında iştirak etmək böyük fəxrdir. Güləş ənənəvi idman növüdür.
Güləşçilərimiz bir çox oyunda medallar qazanıblar. Bundan başqa, karate idman növü isə Olimpiya Oyunlarına yeni daxil edilib. Sürpizlərimiz çox olacaq. Məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür, idmançılarımızı qələbəyə ruhlandırmalıdırlar. Taekvondo, boks, güləş, karate, cudo kimi idman növlərində medallar gözlənilir. Amma velosiped idman növü bizim üçün yenidir. Bu istiqamətdə iştirak etmək də bir qələbədir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, 3 qat, 4 qat dünya çempionlarımız var, onlar özləri-özlərini hazırlamalıdırlar. Məşqçilər də onlara dəstək verməlidirlər. Necə ki, 44 günlük Vətən savaşında hər kəs həmrəy oldu, indi də hər birimiz yumruq kimi birləşib, idmançılarımıza dəstək olmalıyıq. İndi olimpiyaçılarımız döyüşür, öz həmrəyliyimizlə onlara bu döyüşdə motivasiya verməliyik. Ümid edirəm ki, Tokio Yay Olimpiya Oyunlarında da idmançılarımız uğurla çıxış edib, xalqımıza qələbə sevinci bəxş edəcəklər. Hər birimiz bunu arzulayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya