Kristalina Georgiyeva Beynəlxalq Valyuta Fondunun baş direktoru seçilib.
Qurumun saytında dərc olunan xəbərə görə, Fondun İcraçı Şurası onun namizədliyi üzərində dayanıb.
K.Georgiyeva oktyabrın 1-dən işə başlayacaq. Bolqarıstanlı xanım BVF-nin tarixinə inkişaf etməkdə olan ölkəni təmsil edən ilk rəhbər kimi düşür.
K.Georgiyeva ilə yanaşı, bu post uğrunda Niderlandın sabiq maliyyə naziri Yerun Deysselblum da mübarizə aparırdı.
Xatlırladaq ki, BVF-nin sabiq baş direktoru Kristin Laqard iyul ayında istefa vermişdi.
Laqarddan sonra Georgiyeva BFV-yə rəhbər seçilən ikinci qadındır.