Millət vəkili: "Prezidentə dəstək verməliyik"

Milli Məclisin iclasında Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə büdcə vəsaitləri ilə bağlı səsləndirdiyi fikirlər müzakirə predmeti olub. 

Sherg.az-ın xəbərinə görə, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, parlament Prezidentə dəstək olmalıdır:

"Biz ölkə başçısına dəstək verməliyik ki, büdcə ilə bağlı şişirdilmiş rəqəmlər təqdim edilməsin. Hesablama Palatası hansı obyektə nə qədər vəsait ayrılması ilə bağlı rəqəmləri təqdim etmir. Bu problemdir. Həmçinin Nazirlər Kabineti büdcə ilə bağlı məlumatları Milli Məclisə verərkən parlament buna diqqətlə baxmalıdır. Əgər orada lazımi rəqəmlər yoxdursa, sənədi geri qaytarmalıyıq. Bununla büdcədə şişirdilmiş rəqəmlərin qarşısını ala bilərik".