Azərbaycanda 2023-cü ildə 38 634,4 min ton neft hasil ediləcək ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 2,3% çoxdur.
" APA -Economics"in məlumatına görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin zərfində verilən proqnoza əsasən, 2019-cu ildə ölkədə 37 752,3 min ton neft hasil ediləcək, 2020-ci ildə isə bu göstərici 37 712,8 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.
Sənədə əsasən, 2021-ci ildən Azərbaycanda neftin hasilatında artım müşahidə olunacaq. Belə ki, həmin il ölkədə artıq 38 246,2 min ton, 2022-ci ildəsə 38 520,6 min ton neftin hasilatı proqnozlaşdırılır.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 38 810,4 min ton neft istehsal edilib.